İran

Urmu həbsxanasında məhbus amansızcasına qətlə yetirilib

Urmu zindanında saxlanılan 35 yaşlı Əmir Rezayi amasızcasına qətlə yetirilib. Məsələ ilə bağlı İnsan Haqları Təşkilatları bilgi yayıb. Məlumata görə, öldürülən məhbus təxminən 10 il öncə uyuşdurucu maddələrlə ilgili təqsirləndirilərək saxlanılıb. Həmin şəxs 20 il həbs cəzasına məhkum edilib. Belə ki, məhbus zindanın mərkəzi gözətçi bölməsində 4 zindan gözətçisi tərəfindən batumla döyülüb. Əmir Rezayi aldığı xəsarətlərdən yerindəcə ölüb. Urmunun məhkəmə və əmniyyət məqamları həmin şəxsin ölümü ilə bağlı açıqlama verməyiblər.
Bildirək ki, İran zindanlarında məhkumların ölümünü tez-tez görmək olur. İran qanunlarına əsasən məhkumların sağlığına görə məhkəmə qurumları və Zindanlar İdarəsi məsuliyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Back to top button