İran

Urmu gölündə suyun həcmi iki dəfə azalıb

Urmu gölündə suyun həcmi iki dəfə azalıb. Bu haqda Batı Azərbaycan əyalətinin Bölgəsəl Su Şirkətinin başçısı açıqlama verib.

Yasir Rəhbərdin verdiyi açıqlamada bunu illik yağıntıların azlığı, gölə buraxılmalı olan illik su payının verilməməsi və başqa təbii axıntıların kəskin azalması ilə bağlayıb.

“İndi göldə qalan suyun həcmi 2 milyard 450 milyon metr mükəəb, su səviyyəsi isə açıq dənizlərin səthinə nisbətdə 1270 metrdir. Bu isə ötən ilin oxşar dövrü ilə müqayisədə 63 santimetr azdır” –deyə, Rəhbərdin qeyd edib.

Onun sözlərinə görə, ötən ilin bənzər dövründə gölün sahəsi 3470 kilometr morəbbə olmasına baxmayaraq, bu sahə indi 1777 kilometr morəbbəyə qədər, yəni 1701 kilometr kiçilib.

“İndi Batı Azərbaycanın 14 su səddində olan ümumi su həcmi 590 milyon metr mükəəbddir. Ötən ilin oxşar dövrü ilə müqayisədə su sədlərində olan su həcmində yüzdə 23 azalma qeydə alınıb”-deyə, bölgə Su Şirkətinin başçısı bildirib.

Yasir Rəhbərdin dey ayının ortalarında Tehranda İran prezidenti İbrahim Rəisinin yanında Urmu gölünün canlandırılması məsələlərinin müzakirəsinə aid toplantının keçiriləcəyini deyib və artırıb ki, bu toplantında gölə buraxılmalı olan illik su həcmi bəlli olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button