Azərbaycan

Urmu gölünün ətrafında duz tufanları başlayıb

Urmu Gölünün Canlandırılması üzrə Qərargahın nümayəndəsi deyib ki, İranın Enerji Nazirliyi Urmu gölünə su ötürülməsi üçün büdcə ayırmazsa, gölün dirçəldilməsi prosesi irəliləməyəcək və toz ocaqları bir daha yaranmayacaq.

“Aznews tv”ın xəbərinə görə, o, habelə bildirib ki, bu ocaqlara su daxil olmadığı halda Urmu gölünün ətrafında duz tufanlarının yaranması ehtimalı var və əhali bundan zərər görəcək.

Məsud Təcrişi daha sonra söyləyib: “Əgər Enerji Nazirliyi ötən ilki kimi gölə əlavə su verilməsi üçün büdcə təmin etməzsə, biz əlbəttə ki, gölün özünü bərpa etməsini gözləyə bilmərik və 1406 və 1407-ci illərdə (2028-29) gölün gözlənilən ekoloji səviyyəsinə çatmayacağıq”.

Onun sözlərinə görə, Enerji Nazirliyinin öhdəliyi ardıcıl olaraq içməli su, ondan sonra ətraf mühit və daha sonra isə əkinçilik üçün lazım olan suyun təmin edilməsidir. Nazirlik suyun 102%-ni içməli su, 92%-ni əkinçilik və 300%-dən çoxunu isə sənaye müəssisələrinə ötürür. Ancaq ətraf mühitə çatdıqda üzərinə götürdüyü öhdəliyin cəmi 35%-nə əməl edir”.

Related Articles

Bir cavab yazın

Back to top button