İran

İranda yoxsulluğa görə kənd əhalisinin şəhərlərə axını kəskin artıb

İran kəndlərində mövcud olan aşağı səviyyəli həyat, münasib infrastrukturların olmaması və yoxsulluq ucbatından bu bölgələrin əhalisi sürətlə şəhərlərin yoxsullar yaşayan bölgələrinə köçür.

İran kəndlərində mövcud olan aşağı səviyyəli həyat, münasib infrastrukturların olmaması və yoxsulluq ucbatından bu bölgələrin əhalisi sürətlə şəhərlərin yoxsullar yaşayan bölgələrinə köçür.

“Anews tv” xəbər verir ki, bunun digər səbəbləri də quraqlıq və İran hökumətinin yanlış idarəetməsi nəticəsində meydana gələn su çatışmazlığıdır.

Əhalinin şəhərlərə axınının yaratdığı problemlərdən biri də kəndlərdə iqtisadi fəaliyyətin zəifləməsidir. İranın Statistika (آمار) Mərkəzinin məlumatına görə, 2021-ci ilin payızında 2020-ci ilin oxşar dövrü ilə müqayisədə kəndlərdə iqtisadi fəallıq bir faizdən çox aşağı düşüb. Bu isə 182 minə yaxın kəndlinin kənd yerlərində bazardan çıxması deməkdir.

Mövcud vəziyyətin doğurduğu problemlərdən biri kənd təsərrüfatı və əkinçiliyin zəifləməsi ilə yanaşı, əmək bazarında işsizlərin sayının artmasıdır. Daimi peşəsi olmayan kənd əhalisi şəhərlərdə ucuz işçi qüvvəsinə çevrilir və bu da şəhər əhalisi arasında işsizliyin artmasına rəvac verir. Bir müddətdən sonra isə şəhərə köçmüş əhalinin də işsizlər sırasına qoşulması ehtimalını artırır.

Ölkəni çənginə alan bu cür iqtisadi problemlər qarşısında isə İran hökumətinin heç bir tədbir görməməsi iqtisadiyyatın gələcəyini sual altına alır.

Related Articles

Bir cavab yazın

Back to top button