“Bu günə kimi Urmu gölünün bərpası ilə məşğul olan bir sıra qurum və nazirliklər, o cümlədən Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ətraf Mühiti Təşkilatı Urmu gölünü bərpa etmək bəhanəsi ilə icra layihələrini bağlayıb.
Onlar daha çox maliyyə ayrılan layihələrin həyata keçirilməsinin arxasınca gediblər”- deyə, millət vəkili bildirib.
Qeyd edək ki, bir müddər əvvəl Calal Mahmudzadə Urmu gölünün bərpası üçün ayrılan büdcənin prezident seçkiləri zamanı İbrahim Rəisinin təbliğat kampaniyalarına xərcləndiyini deyib:
“İbrahim Rəisi hakimiyyətinin Urmu gölünün bərpası ilə bağlı təbliğatlarına baxmayaraq, hazırda gölün təxminən 90%-i quruyub”.
Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.
Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.
Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.
Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.