İran

Urmu gölünün bərpa edilməsinin əhəmiyyəti

“Urmu gölü nəsli kəsilməkdə olan növlərin qorunması məqsədilə 1354-cü ildə Milli park kimi qeydiyyata alınıb. Həmin ildə gölün Kəbudan və Qoyundağı adaları da qorunan ərazilər elan edilib. 1354-cü ildə gölün güneyindəki Şor Göl, Dərgədaş, Qopu Baba Əli və şərqindəki Quru Göl gölməçələri Ramsər konvansionun Dünyanın Önəmli Gölməçələri Listəsinə əlavə olunub”. Bu barədə Urmu Gölünü Ehya Sitadının Bərnamərizi və Təlfiq Dəftərinin müdiri Məhəmməd Məsud məlumat verib. O, bildirib ki, gölün güneyində yerləşən Kani Bərazan gölməçəsi 1380-ci ildə sözügedən listəyə artırılıb. Urmu gölü 1356-cı ildə “zəxirə dəyərinə sahib bölgələrdən biri” və “təbiət ilə yerli cəmiyyətlərin ortaqlığına bariz nümunə” kimi YUNESKO sazimanına təqdim olunub. Göl və çevrəsindəki gölməçələr Beynəlmiləl Gölməçələr Sazimanı tərəfindən “köçəri quşlar üçün dünya önəzmli bölgələr” kimi təyin edilib. Məlumata görə, Urmu gölündə 102 böyük və kiçik ada var. Kəbudan, Əşk, Arzu və İspir adaları ümumi məsahətin yüzdə 90-nı əhatə edir. Bu adalar köçəri quşlar üçün yaşam sahəsinə çevrilib. Məsudun sözlərinə görə, Urmu gölü nəsli tükənməkdə olan sarı maral, çöl qoçu və qoyunun qorunması üçün ideal yaşam yeridir. Gölün ekoloji nahiyəsində 550 bitki, 212 quş, 33 sürüngən, 27 məməli, 26 balıq və 7 növ iki yaşamlı heyvan var. Şor sularda isə 8 növ yosun və Artemia Urmiana mövcuddur. Ümumilikdə, Urmu gölünün ekoloji hövzəsinin özünəməxsus 3 özəlliyi var. Gölü dünya səviyyəsində tanıdan özəlliklər bunlardır:
1. şor su genişliyi və artemia;
2. gölün güney bölümündəki şirin su gölməçələri, onlarda olan bitki və heyvan növləri;
3. Urmu gölünün adaları və onlarda olan bitki, heyvan növləri.
1380-ci illərin sonları və 1390-cı illərin əvvəllərində Urmu gölü quruma təhlüksəsi ilə üzləşib. Bu da heyvan və bitkilərə ciddi təsir göstərib. Məhəmməd Məsud qeyd edib ki, bu hövzənin əhalisinin, danişqahlarının və icra dəstqahlarının çabaları ilə “Urmu Gölünün Milli Qurtarılması Tərhi” hazırlanıb. “7 illik çalışmalar nəticəsində gölün və ekoloji potensialların məhv olması günləri geridə qalıb. Gölün ölkənin gələcək nəsilləri üçün də qorunması ehyasının tam gerçəkləşdirilməsindən asılıdır. Ümid edirik ki, milli işbirliyi ilə bu hədəfə çata biləcəyik”,-deyə o, bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button