Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Urmu gölünün canlandırılması uğursuzluqla nəti̇cələni̇b

Həsən Ruhani dövlətinin Urmu gölünün canlandırılması ilə bağlı çalışmaları uğursuzluqla nəticələnib. Belə ki, ölkənin Enerji Baxanlığı gölü 640 milyon mükəəb-metr su haqqı ilə tam şəkildə təmin etməyib. Urmu gölünə bu miqdarın yalnız 160 milyon mükəəb-metri axıdılıb. Baxanlıq səbəb kimi yağıntıların azlığını qeyd edib. Urmu Gölünü Dirçəltmə Sitadı isə Enerji Baxanlığının iddiasını rədd edib. 1396-1397-ci illərdə yağıntıların indikindən daha az olmasına baxmayaraq, gölə su haqqının axıdılmasına diqqət çəkilib. Sitad Bəy Kəndi ilə Şəhərçay sədlərində 300 milyon mükəəb-metrə yaxın əlavə su olduğunu iddia edib. Bu miqdarda suyun Urmu gölünə axıdıla biləcəyi vurğulanıb. Batı Azərbaycanın Bölgə Su Şirkəti də oxşar səbəblərə görə sədlərdə suyun azaldığını açıqlayıb. Buna görə də Urmu gölünə suyun axıdılmasının mümkün olmadığı iddia edilib. Ancaq Ölkənin Gölməçələrini Qoruma və Dirçəltmə Qanununun 4-cü maddəsində iddia edilənlərin tərsi qeyd edilib. Belə ki, qanunda Enerji Baxanlığının içməli su təminindən sonra ən önəmli vəzifəsinin yaşam çevrəsinin su ehtiyacını təmin etmək olduğu qeyd edilib. Bildirək ki, Salmas vilayəti ilə Kəlantəri yolunda bir sıra məsnoi gölməçələr Urmu gölünün su haqqı hesabına yaradılıb. Bu kimi qanun pozuntularının qarşısının alınması üçün isə heç bir addım atılmır.

Related Articles

Bir cavab yazın

Back to top button