İran

Urmu gölünün ekoloji vəziyyəti

Urmu Gölünün Canlandırma Sitadının fəaliyyətə başlamasından 7 il ötür. Sitadın iddiasına əsasən, bu müddətdə 11 min milyard büdcə ayrılıb. Ancaq sitad gölün ekoloji şəraitinin normallaşmasının1406-cı ilədək uzandığını açıqlayıb.
Mahmud Əhmədinəjad dövlətinin sonunda gölün qızarması onun su hövzəsindən uzunmüddətli istifadə ilə bağlıdır. Bu durum gölün tamamilə quruması təhlükəsini gündəmə gətirib. Nəticədə gölün canlandırılması məqsədilə sitad yaradılıb. Bu qurum Enerji, Əkinçilik vizarətləri və Yaşam-çevrəsi təşkilatına, eləcə də başqa ilgili qurumlara nəzarəti öz üzərinə götürür. Bu, Həsən Ruhaninin 11-ci prezidentlik dövrü üçün ən böyük seçki şüarına çevrilir. Eləcə də 1400-cü ilədək gölün ekoloji vəziyyətinin yaxşılaşdırılacağına söz verilir.
Kəlantəri gölün sağlanması üçün əməliyyati işlərini bu il tamamlanacağını elan edir. O, Ruhaninin millətə 1392-ci ildə verdiyi vədin yerinə yetiriləcəyini açıqlayır. Yaşam-çevrəsi idarəsinin rəisi gölün tamamilə deyil, qismən sanrakı dövlətin dəstəyinə bağlı olduğunu açıqladı. Məsələ ilə bağlı yaşam-çevrəsi mütəxəssisi və jeopolitik araşdırmaçısı gölün canlandırılması üçün yaradılan sitadın milli deyil, siyasi mənafelər üzərində qurulduğunu bildirib.
“Çevrəsəl çatışmazlıqların aradan qaldırılmasında doğru addım təbiətdə az da olsa, dəyişim yaratmaqdır. Bu məntiqlə suyun hövzələrarası köçürülməsi addımı rədd edilib. Gölün canlandırılması ilə bağlı gölə tökülən çaylardakı sədd sularını gölə qaytarmaq lazımdır. Suyun hövzələrarası köçürülməsi gölün təbii ekosistemini poza bilər”, – deyə o, qeyd edib.
Sitad məqamlarının sözlərinə görə, təminən 250 milyon metr mükəəb su çaylardan gölə tökülməlidir. Ancaq bununla bağlı heç bir araşdırma aparılmayıb və bu hədəfin son 7 ildə əldə edilib-edilmədiyi açıqlanmayıb.
Əlbəttə, Ruhani dövlətinin son 2 ildəki fəaliyyətlərinin nəticəsi hiss olunmadı. Son zamanlar gölün su səviyyəsinin nisbətən yüksəlməsi isə bol yağıntılar səbəbindəndir. Əslində, sitadın ən gərəkli işi əkin modelini dəyişdirmək olmalıdır. Həmin tərhə əsasən, bağ və əkin sahələrinin vüsəti 1380-cı ildəki formaya qaytarılmalı idi. Ancaq sitad bölgəsəl basqılara və labilərə təslim oldu.
Xatırladaq ki, bir müddət öncə Urmunun millət vəkili Səlman Zakir Bəykəndinin millət vəkili Ənvər Həbibzadə və Qərbi Azərbaycan ustandarı Məhəmməd-Mehdi Şəhriyari Nazlı və Baranduz sədlərinin yenidən qurulacağını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button