Şərqi Azərbaycan Regional Su İdarəsinin avqustun 6-da yayılan rəsmi statistikasına əsasən, gölün suyu ekolojik vəziyyətlə müqayisədə 88% azalıb.
Məlumata görə, Urmu gölünün səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42 sm azalaraq 1270,44 -ə çatıb.
Hesabatda bildirilir ki, gölün genişliyi keçən ilin eyni vaxtı ilə müqayisədə 814,44 kvadrat kilometr azalıb.
Sonda məlumatda qeyd olunub ki, Urmu gölünün suyunun həcmi təkcə ötən 1 il ərzində 1,31 milyard kub metr aşağı düşüb.