İran

Urmu həbsxanasında 4 məhkum edam olunub

Uyuşdurucu maddə qaçaqmalçılığı ilə məşğul olduqları üçün həbs edilən və ölüm cəzasına məhkum olunmuş 4 nəfər Urmunun mərkəzi zindanında edam olunub. Bu barədə hüquq müdafiəçiləri bilgi yayıblar.
“İran HR” təşkilatının yaydığı məlumata əsasən, Sadiq Muhi, Məhəmməd Kərim Məhəmmədpur, Sultan Əmiri və Əhməd Nemətvəndin edam hökmü avrilin 4-də icra olunub. Məhkumlar zindanın həyətində dar ağacından asılıb. Həmin şəxslərin Urmu və Urmunun güneyində yerləşən Üşnü şəhərlərindən olduqları deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button