
Onlar Urmu gölünün bərpası ilə bağlı Tehran rejiminin təbliğatına baxmayaraq, ekoloji problemin davam etdiyini bildirirlər.
Göldə ekoloji vəziyyətin yaxşılığa doğru inkişaf etməməsi əyalət rəsmilərinin verdiyi məlumatlardan da bəlli olur.
Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadənin sözlərinə görə, hazırda Urmu gölünün sahəsi 1540.73 kvadrat kilometrdir.
Ötən ilin eyni dövründə bunun 2495.72 kvadrat kilometr olduğu üçün, bir il ərzində Urmiya gölünün sahəsi 955 kvadrat kilometr kiçilib.
Bununla yanaşı Urmu gölünün hazırkı su səviyyəsi 1270,42 metr təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 sm azdır.
Xatırladaq ki, Urmiya gölünün su həcmi göl qurudulmamışdan öncə ortalama 17.28 milyard kubmetr olub.