İran

RUZBEH PİRİ ÖZÜNÜ TƏBRİZ MƏRKƏZİ ZİNDANINA MÜƏRRİFİ EDİB

Güney Azərbaycanın milli fəalı Ruzbeh Piri çıxarılmış məhkumluq müddəti hökmünü bitirmək üçün özünü Təbrizin Mərkəzi Zindanına müərrifi edib.
Ruzbeh Piri ötən ilin Aban ayında keçirilən etirazlarda iştirakına görə Aşura Sipahının İttilaat Şöbəsi tərəfindən yaşadığı ata evində qardaşı Yaşar ilə birgə tutulub.
Piri qardaşları 3 aya yaxın Aşura Sipahının İttilaat Şöbəsi və Təbrizin Mərkəzi Zindanında müvəqqəti saxlanılıb. 98-ci ilin Bəhmən ayının 15-i tarixində zəmanət vəsiqəsi qarşılığında müvəqqəti azadlığa buraxılıb. O, Milli əmniyyəti pozmaq hədəfi ilə quruhlarda və birləşmələrdə üzvlük, Nizama qarşı toplaşma və təbliğat keçirmək, dövlət məmuruna tabe olmamaqda ittiham edilib.
Qazi Pirinin rəyisliyi ilə Keyfər Məhkəməsində “vəzifəsini yerinə yetirərəkən dövlət məmuruna tabe olmamaq” və “İğtişaşlarda qışqırma və adi olmayan hərəkətlərin edilməsi” ittihamları üzrə 8 ay 1 gün həbs, eləcə də 70 şallaq zərbəsinə məhkum olunub. Eləcə də qazi Əhrarın rəyisliyi ilə İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən qalan 3 ittiham üzrə 10 ay həbsə məhkum olunub. Bu höküm Ustanın Təcdid Nəzər Məhkəməsinin 1-ci Şöbəsində 3 ay 1 gün həbsə endirilib.
Ruzbeh Piri 1368-ci ildə doğulub, kampüter mühəndisliyi üzrə təhsil alıb. Hüquq üzrə öyrəncdir. Ruzbeh Piri Təbrizin Azad İslam Danişqahı öyrənclərinin 1398-ci ildə nəşriyyəsinin imtiyaz sahibi və baş dəbiri olub. O, siyasi qurum olan Şərqi Azərbaycan Ustanı Azad İslam Danişqahı “Müstəqil Öyrənclər Cəmiyyətinin” təsisçisi olub. Ruzbeh Piri dəfələrlə tutuqlanıb. 1395-ci ildə Azərbaycan türk xalqına qarşı Tərh No ruznaməsində dərc olunmuş tohinə görə keçirilən etirazlarda saxlanılıb.
Həmçinin onun qardaşı Yaşar Piri Azərbaycanın öyrənc hərəkatı fəallarındandır. 1370 ildə doğulub, hüquq üzrə təhsil alıb. Təbrizin Pəyam Nur Danişqahı Səhənd Ocağının Mərkəzi Şurasının üzvüdür. Azərbaycanşünaslıq Fərhəngi Öyrənmələr Ocağının təsisçisidir. Bu ocaq dövlət tərəfindən ləğv olunub. Yaşar Piri 1389-cu ildə Xurdad Şəhidlərinin İldönümü Mərasimində və 1390-cı ilin Şəhrivər ayında Urmu gölünün BİLƏRƏKDƏN qurudulmasına qarşı etirazlarda iştirak etdiyi üçün tutulub. O, 3 ay həbsə və 70 şallaq zərbə cəzasına məhkum eidilib. Yaşar Piri ötən il benzinin bahalaşması etirazlarında Təbrizin Cəfəriyyə Kitabxanasında tutulub. Vəkillik və Məhkəmə Müşavirləri üzrə imtahanlarda şirkət etməkdən məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button