Azərbaycanİran

Urmu-Təbriz magistral younun ödənişləri bahalaşıb-Sürücülər narazıdır

Təbriz-Umu magistral yolundan istifadə üçün ödənişlərin bahalaşması sürücülərin narazılığına səbəb olub.

Bununla bağlı sosial mediada paylaşım edən sürücülər, ödənişlər qarşılığında yolun normal keyfiyyətə malik olmadığını bildiriblər.

Onlar xüsusilə Gəmiçi və Saray kəndləri bölgəsində magistral yolun dar və asfalt örtüyünün bərbad gündə olduğunu yazaraq, əlaqədar qurumların vətəndaşları aldatdıqlarından narazılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Urmu gölünün ortasından keçən Urmiya-Təbriz avtomobil yolunun salınması üçün gölə tökülən daş və torpaq, Urmu gölünün iki hissəyə bölünməsinə səbəb olub.

Bu,  Gölün şimal və cənub hissəsi arasında su axınının cərəyanının pozulmasına, ekosistemin məhv edilməsi və gölün qurumasına səbəb olan amillərdən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button