Azərbaycanİran

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərinin Universitetinin öyrənciləri bəyanat yayaraq etiraz aksiyalarına dəstək veriblər.

Onlar Təbriz, Tehran və bir sıra başqa şəhərlərdə öyrəncilərin dərsləri dayandırmqla bağlı çağırışları ilə həmrəy olduqlarını bildirib.

Bəyanatda hökumət qüvvələrinin etirazçılara qarşı repressiyaları pislənilib.

Onlar ökədə hazırda hakim olan durumu, o cümlədən universitetlərdə təhlükəsizliklə bağlı hökm sürən ağır ağır şəraiitini, öyrəncilərin həbsini, dərslərin vaxtnın dəyişdirilməsini pisləyib.

Tələbələr internet və sosial mediaya tətbiq edilən məhdudiyyətləri qınayıb, bütün bunlara görə İran xalqları və başqa öyrəncilərlə həmrəy olduqların vurğulayıb, təitilə başladıqlarını bildiriblər.

Qeyd olunan problemlər həll olunmayana qədər hər gün yerli vaxtla saat 12.00-da universitetin binası qarşısında oturaq aksiya keçirəcəklərini deyən öyrəncilər, müəllimləri də eyləmə qoşulmağa çağırıblar.

Ərdəbil şəhərinin “Mühəqqiqi Ərdəbili” Universitetinin öyrənciləri də bəyanat yayaraq oxşar istəklərlə tətil aksiyasına başladıqlarını elan ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button