İran

Urmu və süni yaradılmış Azadi gölü təmizlənib

Urmu Gölü və məsnoi Azadi Gölü Nicat Qəriq Federasionunda yenicə təsis olunmuş komitə tərəfindən təmizlənib. Bu barədə Qəvvasi Komitəsinin rəisi Fərhəng Şadnia məlumat verib. Onun sözlərinə görə, Azadi və Urmu gölləri üzrə təmizləmə projələri indiyədək icra olunub. Başqa bir projənin isə yaxın 1 ay ərzində icrası gözlənilir.
Qeyd edək ki, Azadi Gölü qayıqsürmə idmanı üzrə Tehranın Azadi İdman Məcmuəsində salınıb. Gölün ümumi sahəsi 220 min mürəbbə-metr, həcmi isə 600 min mükəəb-metrdir.
Fərhəng Şadnia yaşam çevrəsinin qorunması yönündə həyata keçirilən tədbirlərdən də söz açıb. O, bu məqsədlə öyrətim işlərinin aparıldığı qeyd edib. Bununla da 170 nəfərin iştirakı ilə 12 öyrətici vebinarın təşkil olunduğu açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button