Azərbaycan

Urmu zindanında məhkum edam edilib

İyunun 20-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində Firuz Musalı adlı şəxs edam edilib. O, iki sərhədçinin öldürülməsində ittiham olunur.

Əslən Xoy şəhərinin Qotur kəndindən olan Firuz Musalı 11 iyul 2019-cu ildə Sərdəşt şəhərində İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bununla yanaşı iyunun 20-i səhər saatlarında Gülüstan əyalətinin Gürgan şəhərinin zindanında qətldə günahlandırılan Əbdülrəşid Səhnə adlı məhkum dar ağacından asılaraq edam edilib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, eyni tarixdə Məşhəd şəhərinin Vəkilabad zindanında adam öldürməkdə ittiham olunan Lətif Muradi adlı başqa bir məhkumun da edam hökmü icra olunub.

Related Articles

Bir cavab yazın

Back to top button