Azərbaycan

Urmuda əməliyyat: Silah qaçaqmalçıları həbs edilib

Urmu şəhərində silah-sursat aşkar edilib. Bu barədə Qərbi Azərbaycan əyalətinin polis rəisinin müavini polkovnik İrəc Həsənxani məlumat verib.

Polkovnik İrəc Həsənxani mediaya verdiyi açıqlamada bununla bağlı şəhərdə əməliyyat keçirildiyini bildirib.

“Silah-sursat qaçaqmalçılığı ilə məşğul olan şəxslər barədə daxil olan məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində şəhərin çıxışında onlara məxsus avtomobilər saxlanıldı, dəstə üzvləri həbs edildi”-deyə, Həsənxani bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində 15 ədəd ov və döyüş silahı, silahlara məxsus mərmilər aşkarlanaraq götürülüb, 4 qaçaqmalçı saxlanılb və 2 minik avtomobili müsadirə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button