Azərbaycanİran

Urmuda 25 nəfər casusluq ittihamı ilə həbs edilib

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində həbslər olub. Bu barədə Məhbusların Vəziyyətinin Monitorinqi Komitəsi məlumat yayıb.

Məlumata görə, 8-i qadın olmaqla 25 nəfər casusluq və sosial mediada gəncləri etiraza təhrik etmək ittihamı ilə saxlanılıb.

Bildirilir ki, “Urmiya Məhəllələrinin Gəncləri” adlı qrup üzvlərin 16-a qarşı cinayət işi açılıb və onlardan bir-birlərinə qarşı etiraf almaq üçün işgəncə verilib.

İnsan haqları təşkilatları Tehran rejimininn rəsmi iddialarının əsassız olduğunu bildirib.

Qeyd olunub ki, biri 15 yaşlı yeniyetmə qız olmaq şərtilə həbs edilənlərin hamısı məktəblidir.

Related Articles

Bir cavab yazın

Back to top button