İran

Urmuda koronavirusla bağlı vəziyyət təhlükəlidir

Bu gün İranın Sağlıq vəziri Səid Nəməki onu müşayiət edən heyətlə birlikdə Urmu şəhərinə iztirari səfər edib. Səfər Qərbi Azərbaycan ustanında koronavirusun geniş yayılması ilə bağlı vəziyyətlə tanış olmaq məqsədilə edilib.
Qərbi Azərbaycan Tibb Elmləri danişqahı yanında Koronavirusla Mübarizə Qərargahının bilgiləndirmə işçi qrupunun rəisi bildirib ki, Urmuda son 24 saatda 161 nəfər Covid-19-a tutulub. 29 vətəndaş isə virusdan vəfat edib. Əli Əhməd Ağapurun sözlərinə görə, Qərbi Azərbaycan ustanında bu mərizliyin yayılması və onun qurbanlarının sayı təhlükəli vəziyyətdə qalmaqda davam edir. Vurğulanıb ki, vətəndaşlar korona mərizliyinə qarşı sağlıq qaydadlarına əməl edilməlidir. Əks təqdirdə virus artan sürətlə davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button