Azərbaycanİran

Urmuda məktəbli qız hicabını açdığı uçün vəhşicəsinə döyülərək xəstəxanaya yerləşdirildi

Urmu şəhərində məktəbli yeniyetmə qız hicabını açdığına görə, ağır şəkildə döyülüb və huşsuz vəziyyətdə xəstəxanaya köçürülüb. Bu barədə güneyli fəallar məlumat yayıb.

Hökumət qüvvələri onun ailəsinə təzyiq edərək məsələni ictimailəşdirməməyi, qızın guya xəstə olduğunu demələrini tələb ediblər.

İran mediası hadisənin əks-inqilabçılar tərəfindən şişirdildiyini, şagirdin baş ağrısı səbəbindən özündən getdiyini və xəstəxanada müalicə olunduğunu iddia edir.

Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin yaydığı açıqlamasında isə yeniyetmənin baş gicəllənməsinə görə xəstəxanaya köçürüldüyü bildirilir.

Qeyd edək ki, Məhsa Əmini İranın əxlaq polisi tərəfindən döyülərək komaya düşdüyü zaman da İran rəsmiləri oxşar iddialar səsləndirmişdi.

Belə ki, rəsmilər onun xəstə olduğu üçün xəstəxanaya yerləşdirildiyini, Məhsaya qarşı zorakılıq edilmədiyini iddia edirdilər.

Related Articles

Bir cavab yazın

Back to top button