Azərbaycan

Urmuda sürücülər tətil aksiyası keçirir

Onlar Urmu bələdiyyəsi qarşısına toplaşıblar.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin 300 avtobus sürücüsü 20 gün bundan öncə başladıqları aksiyanı davam etdirdikləri və istəklərinin mədullar tərəfindən qəbul edilmədiyinə görə, aksiyanı sürdürəcəkləri barədə məlumat veriblər.

Onlar yanvarın 30-da yaydıqları məlumatda bələdiyyənin onlarla bağladığı müqaviləni yeniləmədiyini bildirib, bununlada iş təhlükəsizliyi təminatlarının olmadığını qeyd ediblər.

Bundan bir neçə gün öncə, yanvarın 20-də hüquqlarının pozulduğunu deyən bir qrup sürücü Urmu şəhərinin bələdiyyə binası qarşısına toplaşaraq etiraz aksiyası keçirərək nəqliyyat vasitələrinin sənədlərini geri götürüb vəşəhərdaxili ictimai nəqliyyatda fəaliyyətlərini dayandırıblar.

Etiraz edən sürücülər biletlərin qiymətindəki fərqi bələdiyyənin ödəməməsi ilə yanaşı, avtobus gəlirlərinin 33%-ni özəl şirkətlərin mənimsəməsinə, ölkədə mövcud inflyasiya ilə müqayisədə əmək haqlarının aşağı olmasına və iş təhlükəsizlikləri ilə bağlı təminat verilməməsindən narazıdırlar.

Sürücülərin bələdiyyənin onların istəklərinə cavab verməməsi, biletlərin qiymətləri arasındakı fərqi sürücülərə ödəməkdən imtina etməsindən sonra tətil aksiyasına əl atmaqdan başqa çıxış yolu tapmadıqlarını bildiririblər.

Related Articles

Bir cavab yazın

Back to top button