Azərbaycanİran

Urmuda tanınmış media fəalı Siyavuş Süleymanipur həbs edilib

Oktyabrın 1-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan tanınmış siyasi və media fəalı Siyavuş Süleymanipur İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən həbs edilib.

Azərbaycan Mədəniyyət Ocağı Assosiasiyasının rəhbəri, “Çiçhest News” saytının məsul meneceri və lisenziya sahibi olan mühəndis Süleymanipur bundan öncə də bir neçə dəfə  mədəni fəaliyyətinə görə çağırılıb, təhdid edilib və saxlanılıb.

Hələlik onun saxlanılma səbəbi və hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button