İran

İranın uranium zənginləşdirməsi ilə bağlı bəyanat

Alman, Fəransə habelə İngilistan İranın uranium qəniləşdirməsi ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda BƏRCAM-ın avropalı üzvlərinin atom anlaşmasını yerinə yetirmək səyləri vurğulanıb. “BƏRCAM atom silahlarının dünyada yayılmasının qarşısının alınmasında vacib uğur idi. Beynəlmiləl Atom Enerjisi Ajansı İranın “Nətənz” atom saytında üç qabaqcıl uranium zənginləşdirmə sistemininin qurulması ilə bağlı təsmimi elan edib. Bu da atom anlaşmasının açıq şəkildə pozulmasıdır və nigaranlıq doğurur. İran məclisi tərəfindən təsvib edilən tərh ölkənin atom proqramını əhəmiyyətli dərəcədə genişləndirəcək və Beynəlmiləl Atom Enerjisi Ajansının nəzarətini məhdudlaşdıracaq. Bu addımlar atom anlaşması və İranın başqa öhdəlikləri ilə ziddiyyətli olacaq”,-deyə bəyanatda bildirilib. Açıqlamada Amerikanın yeni seçilmiş prezidenti Co Baydenin atom anlaşmasına diplomasi yolla qayıdılması barədə dedikləri yüksək qiymətləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button