DünyaSağlıq & Yaşam

ÜST rəhbəri: “COVID-19 mutasiyaları arasında “Delta” təsbit edilən ən yoluxucu variantdır”

“Hazırda koronavirusun “Delta ştammı” azı 85 ölkədə mövcuddur, peyvənd edilməmiş əhali arasında sürətlə yayılır”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

ÜST rəhbəri “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb: “Bir sıra ölkələrdə koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətlərin yumşaldılması fonunda dünyada COVID-19-un yayılması güclənir. Nə qədər çox yoluxma halları varsa, bir o qədər çox seçim var. Bu baxımdan “COVID-19-un yayılmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edilməlidir”.

Qebreyesus bildirib ki, məhz buna görə də bütün ölkələrdə peyvəndləmə prosesini bərabər təmin etmək vacibdir.

Related Articles

Bir cavab yazın

Back to top button