Azərbaycan

Vərziğanda mədənçilərin həbsi davam edir

İşçi hərəkatı fəalları yeni həbslərlə bağlı məlumat yayıb.

İşçi hərəkatı fəallarının yaydığı məlumata görə, Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Süngün mis mədənində daha 5 etirazçı işçi həbs edilib.

Kazım Şahi, Saleh Məhəmmədi, Məhəmməd Mahmudi, İsmayıl İbadi və Hacı Ziyad Mahmudi təhlükəsizlik məmurları tərəfndən saxlanılaraq naməlum yerə aparılıb.

Bundan öncə iyulun 5-dən tətil aksiyasına əl ataraq işi dayandıran mədənçilərdən 8-i həbs edilib.

Onların 2-i sonradan müvəqqəti olaraq sərbəst buraxılıb və hal-hazırda son həbs edilənlərlə birgə 11 mədənçi həbsdədir.

Bir sıra insan haqları təşkilatları son günlər daha çox etirazçının saxlanıldığını, onların ümumi sayının 28 nəfər olduğunu və məhbusların kimliyinin dəqiqləşdirilməsinə çalışdıqlarını yazıblar.

İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən  podratçılar tərəfindən istismar edildiklərini deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button