Azərbaycan

Vərziğanda qarşıdurma: Evi uçurulan kənd sakinləri etiraza qalxdı

İyulun 5-də Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Kəngavər kəndində qarşıdurma baş verib. Sosial media fəallarının verdiyi xəbərə görə, Süngün mis mədənini genişləndirmək üçün Kəngavər kəndinin əhalisinin məcburi köçürülməsinə cəhd edilib.

Əhali şirkət rəhbərliyinin kənd evlərini dağıtmaq üçün cəlb etdiyi texnikanın kəndə girişinə mane olmağa çalışıb.

Bu zaman əhali ilə məmurlar arasında qarşıdurma baş verib. Kənddə bir neçə kənd ev uçurulub.

Evi uçurulan bir qadın infarkt keçirərək ölüb.  Yalnız bundan sonra söküntü işləri dayandırılıb.

Eyni gündə Süngün mis mədənində işləyən mədənçilər etiraz aksiyası keçirib.

Onlar rəsmi işçilərlə müqavilə əsasında işləyən fəhlələrin əmək haqqı və imtiyazlarında ayrı-seçkiliyə yol verildiyini bildirib və bunun aradan qaldırılmasını tələb ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button