İran

Vali erməni iş adamlarını Şərqi Azərbaycana dəvət edib

O, Ermənistan və Şərqi Azərbaycan sənayeçiləri və iş adamlarının İrəvanda keçirilən iqtisadi konfransında bu təkliflə çıxış edib.

Ermənistana səfərdə olan Şərqi Azərbaycan əyalətinin valisi, keçmiş SEPAH komandirlərindən olan Zeynəlabdin Rəzəvi Xurrəm sentyabrın 1-də İrəvanda keçirilən mətbuat konfransında Şərqi Azərbaycanın sənaye və istehsal potensialı ilə tanış olmaq üçün erməniləri əyalətə səfərə dəvət edib.

Bu görüşdə Şərqi Azərbaycan valisi əyalətin müxtəlif sənaye və istehsal sahələrindəki imkanlarını danışaraq, Təbrizin tarix boyu Şərq və Qərb arasında əlaqə yolu kimi tanındığını, əhəmiyyətli yol, dəmir yolu və hava rabitəsi infrastrukturuna malik olduğunu deyib.

Zeynəlabdin Rəzəvi Xurrəm, erməni iş adamlarını və sərmayəçiləri Şərqi Azərbaycanı ziyarət etməyə dəvət edərək bu görüşün iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında səmərəli olacağına ümid etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button