Dünya

Vanq Yi: “Çin-Amerika münasibətlərinin pozulması Trampın günahıdır”

“Çin-Amerika münasibətlərinin tarixin ən pis səviyyəsinə enməsi Amerikanın keçmiş prezidenti Donald Tramp dəftərinin günahı idi”. Bunu Çinin Xarici İşlər vəziri, Dövlət Şurasının üzvü Vanq Yi deyib. Vəzir bildirib ki, son bir neçə ildə Çin-Amerika münasibətləri normal yoldan çıxıb. “Diplomatik münasibətlərin qurulmasından bəri ən ciddi çətinliklərlə qarşılaşdıq. Bu əsasda Çinə basqı göstərmək və ikitərəfli münasibətlərə ölçüyəgəlməz ziyan vuran bir sıra addımlar atıldı. Bu gün səhvləri düzəltmək və münasibətləri doğru yola qaytarmaq, Çini olduğu kimi bilmək və anlamaq üçün yanlış düşüncələri aradan qaldırmalıyıq”,-deyə Vanq Yi diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button