Dünya

Vaqif Dərgahlı: “Ermənistandan hərəkət edən s-300-lər məhv ediləcək”

“Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 zenit-raket məcmuələri işğal olunmuş ərazilərimizə keçdiyi anda məhv ediləcək”.
Bunu Azərbaycan difa vəzirliyinin Mətbuat Xidmətinin rəisi sərhəng Vaqif Dərgahlı deyib.
“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, İrəvanın hava məkanını müdafiə edən S-300 zenit-raket məcmuələri döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz yönündə hərəkət edir.
Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən başqa döyüş teknikalarının aqibəti gözləyir.
Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”, deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button