Azərbaycan

“Ana Dili – Azərbaycan Məktəbi” onlayn dərs layihəsinə start verildi

Yeni tədris ilindən “Ana dili – Azərbaycan məktəbi” distant təhsil layihəsinə start verilib.

Qeydiyyat başlayandan bəri 29 müxtəlif ölkədən 600-ə yaxın insan layihədə iştirak etmək üçün qeydiyyatdan keçib. Həmçinin 6 yaşdan 18 yaşa qədər, ümumilikdə 35 qrupda 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.

Qruplar layihə iştirakçılarının yaşı, dil səviyyəsi və saat qurşağı nəzərə alınmaqla təşkil edilib. Layihənin təhsil proqramı Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatları özündə əks etdirən mövzular əsasında hazırlanıb.Dərslər həftədə iki dəfə “Microsoft Teams” platformasında keçirilir. Bu proqram iki fəsillə 2023-2024-cü tədris ilini əhatə edir.

Odur ki, vaxt və yaş qrupuna görə dərslərdə iştirak edə bilməyənlər üçün layihənin sosial şəbəkə hesablarında və onlayn təhsil platformasında video dərslər yerləşdiriləcək.

Qeyd edək ki, “Ana Dili – Azərbaycan Məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən bütün dünyada yaşayan azərbaycanlılar üçün ana dilinin distant tədrisini təşkil edən pilot layihədir.

Related Articles

Bir cavab yazın

Back to top button