İran

“VarlIq” jurnalının i̇lk sayının çapından 42 i̇l ötür 

1358-ci ildə “Varlıq” dərgisinin birinci sayı Tehranda işıq üzü görüb. “Varlıq” həm türk, həm də fars dilində yayımlanan ədəbi, mədəni və tarixi bir dərgidir. Bu dərgi son 42 ildə ardıcıl şəkildə nəşr olunur. Dərgi başda Doktor Cavad Heyət olmaqla, Həmid Nitqi, Məhəmməd Əli Fərzənə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəhçi Sönməz, Əbdülkərim Mənzu:ri Xa:mənə, Səməd Sərdariniya, Qulam Hüseyn Bigdeli, Teymur Pirhaşimi, İbrahim Rəfrəf və başqa ziyalıların təşəbbüsü ilə oxuculara təqdim edilib.

2014-cü ildə Cavad Heyət dünyasını dəyişdikdən sonra, vəsiyyətinə əsasən jurnala onun mənəvi varisi, Ankara Biliyurdunun ustadı, türkoloq Riza Heyət başçılıq edir. Dərginin əsas xətti türk dili, İran və Azərbaycan, türk uluslarının tarixi, ədəbiyyatı, mədəniyyəti, habelə bu dəyərlərin qorunması dır.

“Varlıq” Azərbaycan türkcəsindən başqa, Xorasan, Qaşqay, Türkmən, Xələc, Sunqur türkcəsinə xüsusi diqqət ayırır. Hazırda dərgi Türkiyənin paytaxtı Ankarada çap olunur.

Related Articles

Bir cavab yazın

Back to top button