Azərbaycan

Vladimir Putin: “regionda vəziyyət stabilləşir”

Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur, bölgədə durum sabitləşir.
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS – yəni, Brezil, Rusiya, Hindistan, Çin və güney Afrika cümhurisi ölkələrinin toplantısında deyib.
O, bildirib ki, septambrda kəskinləşmiş Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün Rusiya ciddi çabalar göstərdi:
“Bizim vasitəçiliyimiz nəticəsində novambrın 10-da atəşin dayandırılması və Dağlıq Qarabağda rusiyalı barışcılların yerləşdirilməsi barədə razılaşmalar əldə olundu”, – deyə Vladimir Putin bildirib.
Rusiya Prezidenti əldə olunan razılaşmalara əməl olunduğunu da diqqətə çatdırıb.
“Döyüş əməliyyatları tamamilə dayandırılıb, durum sabitləşir. Beləliklə, münaqişənin ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqının maraqları çərçivəsində uzunmüddətli və tamformatlı tənzimlənməsi üçün şərait yaradılıb”.

Related Articles

Bir cavab yazın

Back to top button