Bu barədə “Voll Strit Jurnal” ərəb və iranlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bu potensial hücuma İran ordusu da cəlb olunacaq.
“Ordumuz itki verib, ona görə də cavab vermək lazımdır”, – iranlı məmur bildirib.
Məmurun sözlərinə görə, İsrail hədəflərinə bu dəfə ediləcək hücum daha güclü olacaq.
O, hücumun ABŞ-dakı prezident seçkilərindən sonra, yeni seçilmiş prezidentin andiçmə mərasiminə kimi baş tutacağını iddia edib.
Qeyd edək ki, İsrailin İrana 26 oktyabrda endirdiyi raket zərbələri zamanı rəsmi məlumata görə, 4 İran əsgəri həlak olmuşdu.