Dünya

Volodimir Zelenski ABŞ-a gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun birinci ildönümü ərəfəsində BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka səfər edəcək.

Bu barədə BMT-nin yüksək mənbələrindən məlumat əldə edilib.

Məlumata görə, ötən həftə Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova Prezident Zelenskinin BMT Baş Assambleyanın yüksək səviyyəli iclasında çıxış etmək üçün BMT-yə gəlmək niyyəti olduğunu açıqlamışdı.

Mənbə bildirib ki, buna cavab olaraq BMT rəsmiləri Prezidentin istəyini yüksək qiymətləndirib və onun Baş Assambleyada çıxış etmək üçün dəvət edib.

Təhlükəsizlik vəziyyəti uyğun olacağı təqdirdə Prezidentin Nyu-Yorka gəlişi planlaşdırılır. (report)

Related Articles

Bir cavab yazın

Back to top button