İran

Vyana danışıqlarının uğursuzluqla nəticələnməsi ehtimalı artır

Danışıqlarda iştirak edək İranın yüksək səviyyəli təmsilçisi Əli Baqiri Kəninin Vyananı tərk edərək Tehrana qayıtmasından sonra Amerika diplomatları danışıqların uğursuzluğu barədə xəbərdarlıq ediblər.

İran mediası Baqiri Kəninin məsləhətləşmələr üçün Tehrana qayıtdığını və yaxın zamanda Vyanaya geri dönəcəyini yazıb.

Lakin Qərb mətbuatı onun nə məqsədlə danışıqları tərk edərək Tehrana getdiyi və nə vaxt qayıdacağının bəlli olmadığını bildiriblər.

Baqiri Kəninin Tehrana qayıtması İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla Moskvanın nüvə anlaşmasını dirçəltmək üçün yeni şərti barədə danışmasından sonra baş verib.

Xatırladaq ki, ötən həftə sonu Rusiya Amerikadan nüvə sazişinin bərpa olunacağı halda Ukraynaya müdaxilə ilə bağlı son sanksiyaların Rusiyanın İranla ticarətinə təsir etməyəcəyinə dair yazılı təminat tələb edib.

Vaşinqton isə Rusiyanın bu tələbini əlaqəsiz və önəmsiz adlandırıb.

Rusiyadan sonra isə Çin hökuməti Amerikadan İrana sanksiya tətbiq edəcəyi halda, şirkətlərinin bu ölkə ilə embarqolara məruz qalmadan ticarət əlaqələri qura bilməsi üçün yazılı zəmanət istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button