Dünya

Vyanada terror aktının İŞİD-lə əlaqəli olduğu elan edilib

Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında noyabrın 2-də Vyanada baş verən terror aktının İŞİD-lə əlaqəli olduğunu elan edib.

Nazir çıxışında dünən zərərsizləşdirilmiş terrorçunun İŞİD təəssübkeşi olduğunun müəyyən edildiyini bildirib. Qeyd edilib ki, terrorçunun üzərində avtomat silah, külli miqdarda patron və saxta partlayıcı kəmər aşkarlanıb. Eləcə də onun yaşadığı mənzildə aparılan əməliyyat-axtarış tədbirləri terrorçunun şəxsiyyətini müəyyənləşdirməyə imkan verib.

Nazir qeyd edib ki, Avstriya demokratik cəmiyyəti və dünyəvi dəyərlərinə qarşı törədilmiş terror aktına qarşı qətiyyətlə mübarizə aparılacaq və bu kimi cinayət hadisələri demokratik cəmiyyətin əsaslarını sarsıda bilməz.

Qeyd edilməlidir ki, terror aktı nəticəsində həlak olanların sayı dörd nəfərə çatıb. Onlardan üçün mülki şəxs, biri zərərsizləşdirilən terrorçudur. Bundan əlavə isə 15 nəfər müxtəlif bədən xəsarəti alıb, onların arasında ağır yaralanmış bir polis əməkdaşı da var.

Sosial media şəbəkəsində terror aktının motiv və hədəfləri barədə çoxlu fərziyyələr dolaşsa da, Avstriyanın rəsmi qurumları bu barədə hələlik heç bir açıqlama verməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button