AzərbaycanDünya

“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb

Qarabağ gerçəkliklərinin bütün dünyaya çatdırılması məqsədilə “What Armenians did in Karabakh?” adlı videoçarx ərsəyə gətirilib. Videoçarx Azərbaycan Diasporuna Dəstək mərkəzinin mali dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”in təşkilatçılığı ilə hazırlanıb. Məsələ ilə bağlı Azərbaycan Diasporuna Dəstək mərkəzindan bilgi verilib.
Videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumən Qarabağdakı mədəni irs nümunələrinə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq çabaları barədə məlumatlar yer alıb.
Videoçarxı “Azerbaijan Society Team”in sosial şəbəkə hesablarından izləyə bilərsiniz.

Related Articles

Bir cavab yazın

Back to top button