Dünya

“Whitford Worldwide” şirkəti niyə cərimələndi?

Uitford Worldwide şirkəti 825.000 dolar cərimə ödəməyə razı olub . Cərimənin səbəbi Amerikanın İrana qarşı təhrimlərinin pozulması pərvəndəsini bağlamaqdır. Bu barədə Çərşənbə axmaşı günü Amerikanın Xəzanədarlıq Vəzirliyinin saytında dərc edilmiş raporda bildirilib. Məlumata görə, həmin şirkət İrana məhsul satmaq üçün İtaliya və Türkiyədəki şöbələrindən, habelə amerikalı işçilərindən məsləhət və kömək alıb. Beləliklə, 2014-cü ildən 2015-ci ilin sonuna qədər 74 dəfə Amerikanın təhrimləri pozulub. Nəticədə İrana 3 milyon dolar dəyərində yapışmayan qablar üçün qapaq satılıb. Xəzanədarlıq Vəzirliyi bildirir ki, bu şirkət satış əməliyyatlarında müştəri kimi İranın adını gizlədib. Qeyd edək ki, İranın marketinq saytlarında yapışmayan qablar üçün qapaqların reklamı ilə bağlı tez-tez Uitford WorldWild brendinə rast gəlinir. Xatırladaq ki, şirkətlər Amerika məhsullarını İrana sadir etmək üçün rəsmi icazə almalıdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button