İran

TÜMƏNİN DÜŞMƏSİ VƏ MƏSULLARIN TƏDBİRSİZLİYİ

İran iqtisadı hər gün yeni bir çaxnaşma ilə üz-üzə qalır. Bu dəfə də dollarIN qiyməti rekord həddə çatıb. Tümən sürətlə dəyərini itirir. Qarşısında dollar və yoro kimin xarici pulların qiyməti çoxalır. Bir çox iqtisad uzmanı bu olayı əslində gözləyirdilər. Ancaq son aylarda və özəlliklə son 2 ildə olanlara göz gəzdirdikcə siyasi müdaxilələrin ola biləcəyi də düşünülür. Bu durumda yaşamaqda çətinlik çəkən millət bahalıqlarla mücadələ etməsinin yanında orta sınıf yenə əlindəki sərmayəsinin qorumağa çalışır. Siyasi məqamlar və mərkəzi bankın yaşananlarla bağlı açıqlamaları bazarı rahatlamağa yetmədiği və hətta daha da təşvişə saldığı üçün tənqidlərin artmasına səbəb olub.
İranın ərz gəliri təhrimlər sayəsində ciddi mənada azalıb. Ən çox bağlı olduğu nefti satmaqda yaşadığı çətinliklərin yanında üstəlik satdığı malların pulunu almaqda ciddi çətinlikləri var. Digər tərəfdən xarici sərmayənin ölkəyə gəlməsi imkansızdır. Bu hesabla İran dolar rezervlərinin azalmasıyla qarşı qarşıyadır. Ancaq bunun yanında istiqrarsız və siyasi bir iqtisada görə hər bir qərarda ağır mühit yarana bilir.
Bu mühitin arxasında kimlərin olduğu tam bəlli deyil. Hakimiyyət özəlliklə dolar qiymətinin artmasını bu müdaxilələrin nəticəsində meydana gəldiyini iddia edir.. Məhkəmələr məhdud bir şəkildə dövlət kanallarından yayılır. Qısacası, yenə millət tam mənasında pərdə arxasında nə olub olmadığını bilmir. Habelə hər zaman bütün fəsadlarda fikrə gələr suallar indi də gəlir. “Necə ola bilər ki, İranda neçə milyon vam almaq üçün sadə millət çətinlik çəkir. Ancaq bəzi şəxslər yuksək məbləğdə pulu qeyd-şərtsiz alır?”
Həsən Ruhani doların 20 min tümənə qalxması haqda “Bu bir keçici şokdur” sözünü işlədib. Ancaq dollar qiymətinin necə azalacağı haqqında dəqiq bir söz deməyib. Habelə Mərkəz Bankların rəisi Hemməti də dolların nə zaman düşəcəyi haqqında bir söz deməyib.
“Məsullardan gələn açıqlamaların nə qədər millət arasında qarşılığı var?” sualına cavab axtaranda ən çox diqqət çəkən məsələ millətin hakimiyyətə olan etimadsızlığıdır.
Burs olayında da qiymətlər düşməyə başlayıb. Bir çox uzmanın nəzərinə görə, yaxında sürətlə düşəcək və ya o qədər tümən dəyərini itirəcək ki əmələn millətin qoyduğu sərmaya əriyəcək.
Dolların bahalaşması ilə bazarların və davamında qiymətlərin qalxmasına millət qurulmuş bir plan kimi də baxır. Belə ki, özəlliklə bu ilin büdcəsinin kəsrini təmin eləmək adına hakimiyyət bu kimi planlarla millətin əlində olan nəğd pulu çıxartmağa çalışır. Bəzi iqtisadi uzmanlar hakimiyyətin bu yolla təvərrumu də kontrol eləməyi hədəflədiyini düşünür. Ancaq günün sonunda dollar neçə olursa olsun, uduzan biri varsa, o da günü-gündən süfrəsi yoxsullaşan millətdir.

Related Articles

Bir cavab yazın

Back to top button