İran

Xələkuh bölgəsində arxeoloji qazıntılara başlanılıb

Takistanda yerləşən 5 hektarlıq Xələkuh çevrəsi Qəzvinin ən önəmli bastanşünaslıq ərazilərindəndir. 1390, 1393-cü illərdə burada miladdan əvvəl beşinci minilliyə aid yaşam çevrələrində qazıntılar aparılıb. Qəzvinin Fərhəngi Miras Baş İdarəsinin müdiri Əliriza Xəzailinin sözlərinə görə, qazıntılar zamanı dəyərli fərhəngi torpaq tərkibləri tapılıb. Bütün bunlar Xələkuhun bastanşünaslıq araşdırmaları baxımından önəmli məkan olduğunu göstərir. Qurum rəsmisi tarixi tapıntıların tanıdılması məqsədilə çevrə muzəsinin açılmasının gündəmdə olduğunu bildirib. Bu yöndə müvafiq işlər görülüb. O, işlərin davam etdirilməsi üçün etibar ayrılmalı olduğunu deyib. “Baş idarənin, Takistanın məclisdəki nümayəndələrinin çalışmaları və Fərhəngi Miras Vizarətinin icazəsi ilə çevrədə yeni qazıntılara başlanılıb. Hədəf isə çevrə müzəsinin salınmasıdır”,-deyə Əliriza Xəzaili diqqətə çatdırıb. Görülən işlərlə bölgənin turizm məkanına çevrilməsi hədəflənib. Bildirək ki, Xələkuhdan tapılan tarixi əsərlər miladdan öncə beş və altıncı minilliyə aiddir. Xələkuh 1377-ci ildə Milli Əsərlər Lisitəsinə salınıb.

Related Articles

Bir cavab yazın

Back to top button