İran

Xalça ixracı kəskin şəkildə azalıb

1393-cü ildə İranın əl toxunuşlu fərşinin sadiratı 331 milyon dolar dəyərində olub. Bu rəqəm keçən il 69 milyon dolar, bu ilin ilk 4 ayında isə 15 milyon dollara enib.
1396-cı ildə 426 milyon dolara yüksəlmiş İranın əl toxunuşlu fərş sadiratı, 1397-ci ildə Amerika təhrimlərinin yenidən tətbiq edilməsi ilə 238 milyon dolara düşüb. Ancaq bu azalma 1398-ci ildə daha kəskin şəkil alaraq, 69 milyon dolar təşkil edib.
Məsələ ilə bağlı İran Milli Fərş Mərkəzinin rəisi Fərəhnaz Rafe jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, İranın əllə toxunma fərşinin sadiratının vəziyyəti yaxşı deyil.
Fərəhnaz Rafedən öncə mərkəzin rəisi olan Firiştə Dəstpak 1397-ci ilin mordadında bildirib ki, son on ildə İranın əl toxunuşlu fərş sadiratı hər il 1,2 milyard dolara çatırdı. Nəticədə bunun çox hissəsi Amerikaya sadir olunurdu. Ancaq Amerika təhrimlərinin başlanması ilə bu rəqəm kəskin şəkildə aşağı düşüb.
Xatırladaq ki, son illər İranın ümumi əl toxunuşlu fərş sadiratının təqribən yüzdə 28-i Amerikaya aid idi. İranın Əl Toxunuşlu Fərş Tacirlər Birliyinin rəisi Müctəba Əraqçı daha öncə, təhrimlər səbəbindən İran üçün heç bir bazar qalmadığını açıqlayıb

Related Articles

Bir cavab yazın

Back to top button