Dünyaİran

Xalxalda yeni̇ tullantı sahəsi̇ni̇n salınmasına ehti̇yac var

Xalxal şəhərindən 2 kilometr məsafədə Səngili kəndi yolunda yerləşən Kərno tullantı meydançası Heroçay və Xomeyni mərizxanasına yaxın ərazidə yerləşir. Sözügedən tullantı sahəsi ötən 40 ildə əhali üçün bir sıra müşküllər yaradıb. Durumun ciddiləşməsi sağlıq və məhkəmə məsullarını əraziyə baxış keçirməyə məcbur edib. Xalxalın İslami Şəhər Şurasının üzvü Bilal Nurinin sözlərinə görə, Xalxalın Şıx Canlu tullantı meydançası ictimai və iqtisadi baxımdan sərfəli deyil. Belə ki, tullantı sahəsinin salınması üçün 10 il vaxt və 50 milyard tümən büdcə lazımdır. Ərdəbil ustandarının qərarına əsasən, əyalətin 11 vilayətində tullantıların atılması üçün 5 ərazi nəzərdə tutulub. Tullantıların həmin ərazilərə sağlıq qaydalarına uyğun şəkildə atılması qərarlaşdırılıb. Xalxalın İslami Şəhər Şurasının sözçüsü Radbeh Pərəndə də məsələyə münasibət bildirib. O, Şıx Canlu tullantı meydançası barədə əhali ilə şəhrdari arasında qarşıdurma yarandığını qeyd edib. Meydançanın salınması üçün mali və başqa müşküllərin olduğunu diqqətə çatdırıb. Pərəndə məsələ ilə bağlı toplantı keçirildiyini bildirib. Toplantıda tullantıların üzərinin torpaqla örtülməsi barədə qərar qəbul edilib. Fəns çəkilməsi ilə bağlı işlərin görüləcəyi və əraziyə nəzarətçilərin təyin olunacağı açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button