İqtisadiyyatİran

Xalxalın su idarəsi işçilərinin maaşları ödənilmir

Xalxalın Su İdarəsi işçilərinin aylıqları 8 aydır ödənilmir. Bu barədə Xalxalın Tavun və İctimai Rifah idarəsinin rəisi Əliriza Xəlili açıqlama verib. “Su idarəsi ilə qərardad bağlayan özəl şirkətin işçilərdən 48 nəfərin aylığını ödəmək gücü yoxdur. Su idarəsi işçiləri durumla bağlı İctimai Rifah idarəsinə şikayət ediblər. Həmin şirkət işçilərin aylıqlarını və gecikdirilmiş məbləği ödəməlidir. Şirkət aylıqları ödəyə bilməsə işçi, komisyonu başqa bir şirkətlə qərardad bağlayacaq. Şəhrdari isə işçilərin aylıqlarını ödəyib. Ancaq onların məzayalarını, o cümlədən izafəkarlarını verməyib.”,-deyə o, bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close