
Bunu İran rəhbəri Əli Xamnei bü gün istehsalçılar və iş adamları ilə keçirdiyi görüşdə deyib və onları dollardan asılılığı azaltmağa çağırıb.
“BRİKS-in maliyyə sistemi və onun üzvü olan ölkələrin valyutaları ilə həyata keçiriləcək maliyyə mübadilələri bu problemin həllinə çox kömək edəcək”,- İran rəhbəri ümid edib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimindən sonra İranda dollar yenidən bahalaşaraq, azad bazarda hər 1 ABŞ dolları 82 min 700 tümənə satılıb.
Tramp adminstrasiyasının İrana qarşı maksimum təzyiq göstərəcəyi və sanksiyaları artacağı barədə bəyanatlardan sonra, İran pulunun dollara nisbətdə dəyərinin dahada azalacağı gözlənilir.