İran

Xaməneinin Nəsrullaha görə matəm elanı etirazlara səbəb oldu

“Hizbullah” silahlı qruplaşmasının lideri Həsən Nəsrullahın həlak olması ilə bağlı İranda beş günlük matəm elan edilib.

İranda matəm elan olunması ilə bağlı məlumat Əli Xameneyinin müvafiq qərarında göstərilib.

İran rəhbərinin bu göstərişi sosial media platformalarında müzakirələrə səbəb olub.

İranlılar bir neçə gün əvvəl Təbəd rayonunda mədəndə baş verən partlayış nəticəsində 50 mədənçinin öldüyünə diqqət çəkiblər.

Onlar faciəli şəkildə ölən İran vətəndaşlarına görə matəm elan olunmamasını Xamənei və hakimiyyətin vətəndaşların həyatına əhəmyyət verməmələrinin təzahürü kimi dəyərləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button