İran

Xamenei Azərbaycanı açıq şəkildə təhdid etdi

İmam Hüseyn nizami Məktəbin murəxəsi mərasimində çıxış edən Xamenei deyir:

– İranın quzey-batısında, bəzi qonşu ölkələrdə yaşanan olayların həll yolu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır.

Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, quzey-batıda qonşu ölkə Azərbaycandır və “xarici güclər” də Türkiyə və İsraildir: İsrailin bölgədə mövudluğu Tehranın iddia etdiyi formada deyil, Türkiyənin bölgədə mövudluğuna qarşı çıxırlar və bunu “sionist” iddiası ilə inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar.

Xamenei ardınca “cəza” mesajını verir:

– Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər yaxında sillə yeyərək, cəzalarını görəcəklər;

– Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək.

İranın dini rəhbərinin bu mesajının Bakıya verdiyi bəllidir və açıq təhdid edir. “Qardaş” sözləri də Azərbaycanın inanclı kəsiminə bir mesajdır.

Baş verənlərə Xameneinin təpki göstərməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı hücum daha da genişlənəcək: bu, sınırla yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yarana biləcəyi gözləntisini artırır.

Related Articles

Bir cavab yazın

Back to top button