İran

Xamenei: “Sanksiyalar son üç ildə daha da sərtləşdirilib”

“Təhrimlərin ləğvi üçün bir dəfə danışıqlar apardıq və nəticə vermədi”. Bunu İranın ali dini lideri Əli Xamenei deyib. O, təhrimləri acı bir həqiqət, habelə Amerika və onun avropalı tərəfdaşları tərəfindən İran xalqına qarşı törədilən cinayət adlandırıb. “Bu cinayət illərdir İran xalqına qarşı törədilir, ancaq son üç ildə daha da sərtləşdirilib. Təhrimləri zərərsizləşdirməyin, aradan qaldırmağın və ləğv etməyin iki yolu var. Təhrimlərin aradan qaldırılması və xunsa etməsi yolu başlanğıcda çətin ola bilər, amma sonu uğurludur. Amerikadakı durum bəlli deyil və avropalılar da davamlı olaraq İrana qarşı mövqe bildirirlər. Onlar özləri bölgəsəl məsələlərə yanlış müdaxilə etdikləri halda, bizdən bölgəyə müdaxilə etməməyimizi istəyirlər. İngiltərə və Fransanın dağıdıcı atom raketləri olduğu və AlmanIN da bu yöndə fəaliyyət göstərdiyi bir halda, bizə deyirlər sizdə raket olmasın”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button