İran

Xamenei Zərifin yayılan səs qeydindən danışıb

İran rəhbəri Əli Xaməneyi mey ayının 2-də dış işləri baxanı Məhəmməd Cavad Zərifin yayılan səsi barədə açıqlama verib. O, Zərifin İranın xarici siyasətinə “Sepah” fərmandehləri ilə Qasım Süleymaninini nüfuz etməsi barədə sözlərinə işarə edib. “Ölkənin xarici siyasəti Milli Əmniyət Şurasında təyin edilir. Dış İşləri Baxanlığı bu siyasətin icraçısıdır”,-deyə Xaməneyi qeyd edib. O, baxanın bəzi açıqlamalarını düşmənlərin və Amerikanın sözlərinin təkrarı adlandırıb. Amerikada yerləşən Demokrasini Savunma Mərkəzinin icraçı rəisi Mark Dubovitz də Zərifin açıqlamalarına münasibət bildirib. “Zərifin etiraf etdiyi kimi heç bir gücü yoxdur. Ancaq Zərifin amansız rejim adından çabaları sadəlövh qərbliləri onun güya hər hansı gücünün olması məsələsində hələ də çaşdırır. Qərblilər istməyərəkdən və ya bəzi hallarda istəyərək “Sepah” ilə Xaməneyiyə xidmət edirlər”,-deyə Mark Dubovitz diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button