Bölgə

Fossil olmayan qaynaqlardan Türkiyənin ürətdiyi bərq İranın ürətdiyi ümumi bərqqə bərabərdir.

Azər ayının 16-sı nəşr olunmuş bu bildirməyə görə Türkiyənin Günəşdən ürətdiyi bərq zərfiyyəti 7.6 giqavata, külək niruqahları isə 10.3 giqavata yüksəlib. Ümumilikdə Türkiyədə bərq tolidi gücü 99 min meqavatdır.

Türkiyənin Bərq Ötürmə Dövlət Şirkəti yenilənə bilən qaynaqlardan bərqin ürədilməsinə cari ildə ölkənin 2.5 milyar dolar sərmayə yatırdığını bildirib. Şirkət habelə açıqlayıb ki, ölkə təmiz enerji qaynaqlarının gəlişdirilməsini gündəminə saldığı 2002-ci ildən külək və Günəş enerjiləri bölməsində 42.5 milyar dolar sərmayə yatırımı olunub.
Azər ayının 16-sı nəşr olunmuş bu bildirməyə görə Türkiyənin Günəşdən ürətdiyi bərq zərfiyyəti 7.6 giqavata, külək niruqahları isə 10.3 giqavata yüksəlib. Ümumilikdə Türkiyədə bərq tolidi gücü 99 min meqavatdır.
Beləliklə bəlli olur ki, Türkiyənin Günəş və külək bərqi ürədilməsi gücü 18 min meqavata çatıb, bu rəqəm isə İranın Buşehr Nüvə Niruqahında bərq ürədilməsinin 18 qatı qədərdir. İran bu niruqahı istifadəyə verimək üçün 8 milyar dolar sərmayə yatırmış və ötən il ölkənin bərq ürədilməsi üzrə yüzdə 1.6 payı olmuşdur.
Türkiyənin Bərq Ötürmə Dövlət Şirkəti eləcə bildirib ki, ölkənin su, Günəş və küləkdən bərq ürədilməsi ümumi gücü 52 min 500 meqavata artıb. Bu rəqəm isə İranda əmələn ürədilmiş ümumi hətta pik nöqtədə ürədilmiş bərqə bərabərdir. İranın bərq tolidinin yüzdə 90-ı qaz, qazol və mazut kimi fosil yanacaqlarındandır. İranda külək və Günəşdən ürədilmiş bərqin payı isə yüzdə yarım faizdir.
İranın Enerji Baxanlığının hesabatına görə bu ilin ilk 7 ayında ölkənin bərq ürədilmə gücünə ancaq 582 meqavat artırılıb. Bu isə bir haldadır ki, cari ildə bu sahədə 3500 meqavat artış olacağı öngörənlik olunmuşdur. Ötən il və 98-ci ildə də ölkənin bərq ürətməsi miqdarı öngörülən miqdarın yarısından az olmuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button