İran

İnsan haqları təşkilatlarından “Sepah”la bağlı Kanada hökumətinə çağırış edilib

“Kanada keçmiş SEPAH komandirləri üçün sığınacaq olmamalıdır.”

Səkkiz insan haqları təşkilatı Kanada hökumətinə ünvanladığı açıq məktubda  Tehranın keçmiş polis rəisi Murtəza Təlayinin Kanadaya səfərindən ciddi narahatlıqlarını ifadə edərək, Kanadanın “İran İslam İnqilab Keşikçiləri Korpusu”nun keçmiş komandirləri üçün təhlükəsiz sığınacağa çevrilməsinə etirazlarını bildiriblər.

“Mürtəza Təlayinin Kanadaya sərbəst daxil olmasına icazə vermək təhlükəli mesajdır, Kanadaya sığınan iranlılara qarşı təhqirdir”-deyə, məktubda qeyd olunub.

Məktub müəllifləri Kanada hökumətini təcili tədbir görməyə və İranda insan haqlarının pozulmasındakı roluna görə Təlayinin barəsində araşdırmaya başladılmasına çağırıblar.

Məktubda İran və Kanada arasında əlaqələrin kəsilməsi, səfirliklərin bağlanmasından sonra bir çox iranlının Kanada vizası almaqda çətinlik çəkdiyinə baxmayaraq, “Sepah” komandirlərinin rahat viza əldə edə bilmələrini düşündürücü hal adlandırıblar.

“Görünür, İran İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı üçün viza məhdudiyyəti yoxdur”-deyə, məktubda yazılıb.

İnsan haqları təşkilatının məktubunda həmçinin İranda dinc nümayişçilərin sıxışdırılması, həbs edilməsi və işgəncə verilməsində Mürtəza Təlayinin roluna toxunulub və onun insan müxaliflərə qarşı qəddar davranışı diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button